Tramp: "İran gəmisi dəniz piyadalarımız tərəfindən ələ keçirildi"
ABŞ Prezidenti Donald Tramp Oman körfəzində İran bayrağı altında üzən nəhəng “Toska” yük gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən hərbi güc tətbiq edilərək dayandırıldığını və nəzarətə götürüldüyünü elan edib.
Patrul.az xəbər verir ki, Trampın “Truth Social” platformasında verdiyi məlumata görə, təxminən 274 metr uzunluğunda olan və bir təyyarədaşıyan gəmi qədər ağır olduğu deyilən “Toska” yük gəmisinə ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını yardığı üçün dayanmaq əmri verilib.
Heyətin xəbərdarlıqlara məhəl qoymamasından sonra ABŞ-nin “USS Spruance” esminesi gəminin mühərrik bölməsinə zərbə endirərək onu hərəkətsizləşdirib.
Prezident bildirib ki, hazırda ABŞ dəniz piyadaları gəminin göyərtəsindədir və yükün tərkibi araşdırılır:
“Gəmi tamamilə nəzarətimizdədir. Göyərtədə nə olduğunu görürük”, – deyə Tramp vurğulayıb.
Tehran hadisəni kəskin şəkildə pisləyərək bunu “beynəlxalq dəniz quldurluğu” kimi qiymətləndirib. İranın rəsmi hərbi dairələri ABŞ-nin bu addımının atəşkəs razılaşmalarının pozulması olduğunu bildirib.







