Tramp: "İranın nüvə obyektlərinə hücuma 10 üzərindən 15 bal verirəm"
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə edilən hücumu yüksək qiymətləndirib.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, dövlət başçısı verdiyi açıqlamada bildirib ki, əgər bu hücumu sıfırdan 10-a qədər bal sistemi ilə qiymətləndirməli olsaydı, 15 bal verərdi. Tramp bu zərbəni ABŞ üçün “İranın nüvə silahı proqramının ləğvində mühüm nailiyyət” kimi dəyərləndirib.
Qeyd edək ki, son vaxtlarda ABŞ-İran münasibətlərinin gərginləşməsi ilə əldə olunan nüvə sazişi pozulmuş və bir sıra sanksiyalar tətbiq edilmişdir.






