Tramp: "İranla danışmağa tələsmirəm, çünki biz onların obyektlərini məhv etmişik”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ölkəsinə edilən hücumdan sonra Vaşinqtonu danışıqlara çağırıb.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, ABŞ İranın çağrışına tələsmədən yanaşır.
“İranla danışmağa tələsmirəm, çünki biz onların obyektlərini məhv etmişik”, – deyə prezident bildirib.
Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf edir. İran tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.






