media-inshot_20250722_124229724

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı mümkün hərbi müdaxilə ilə bağlı sərt açıqlama verib.

Patrulaz.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edərək bildirib:

“Lazım gələrsə, İranın nüvə obyektlərinə yenidən hücum edəcəyik. Saxta CNN və onun müxbiri tezliklə məndən və İranın nüvə obyektlərini məhv edən böyük pilotlardan üzr istəməlidir”.

Tramp həmçinin CNN kanalını və onun jurnalistlərini tənqid atəşinə tutaraq, İranın nüvə proqramının hədəfə alınmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, CNN iyul ayında yaydığı məlumatda ABŞ-nin İranın nüvə obyektlərinə son hava zərbələrinin atom proqramını tam dayandırmadığını, yalnız bir neçə aylıq ləngitdiyini bildirmişdi. Bu iddia Trampın sərt reaksiyasına səbəb olub və onun media ilə münasibətlərində gərginliyi bir daha artırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər