"Maduronu əfv etməyəcək" - KİV
“ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu əfv etmək niyyətində deyil”.
Patrul.az xəbər verir ki, bu fikir The New York Times (NYT) qəzetində dərc olunmuş məlumatda qeyd edilib.
Nəşrin məlumatına görə, Trampla müsahibə zamanı NYT müxbirləri ABŞ-də Venesuela Prezidenti Maduro da daxil olmaqla bir neçə təqsirləndirilən şəxsin əfvi barədə soruşublar. Tramp isə bu şəxsləri “əfv etmək niyyətində olmadığını” açıq şəkildə bildirib.
Xatırladaq ki, Trampın göstərişi ilə ABŞ qüvvələri yanvarın 3-də Venesuelanın paytaxtı Karakasda keçirilən əməliyyat zamanı ölkənin Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi əsir götürərək Nyu-Yorka aparıblar. Cütlük narkotik qaçaqmalçılığı ilə ittiham olunur.






