media-inshot_20260112_232626321

ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp NATO-nun bu gün mövcud olmasını öz adı ilə əlaqələndirib və alyansın müdafiə xərclərinin artırılmasında əsas rolun ona məxsus olduğunu bildirib.

“Başa düşməlisiniz ki, mən NATO-nu tam dəstəkləyirəm. Mən NATO-nu xilas etdim. NATO bu gün mənim sayəmdə mövcuddur. Əgər mən olmasaydım, bu gün sizin ittifaqınız olmazdı”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp bu iddialı açıqlamaları Qrenlandiyanın gələcəyi, eləcə də NATO-nun regional və qlobal təhlükəsizlikdəki rolu ətrafında gedən müzakirələrin yenidən alovlandığı bir dövrə təsadüf edir.

 


Bənzər xəbərlər