media-inshot_20260403_090326317

“Ordumuz İranda qalanları məhv etməyə hələ başlamayıb”.

Patrul.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trump “Truth” sosial platformasındakı paylaşımında deyib.

O, ordusunu “ən böyük və ən güclü” adlandıraraq bildirib ki, növbəti hədəflər sırasında İranda körpülər və elektrik stansiyaları var.

“Növbəti körpülər, daha sonra elektrik stansiyaları. Yeni rejim rəhbəri nəyin edilməli olduğunu bilir və bunu sürətlə etməlidir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, bu çıxışdan əvvəl İranın paytaxtı Tehranın qərbində yerləşən Kərəc şəhərində tikilməkdə olan körpüyə havadan zərbə endirilib. Hadisə nəticəsində 8 nəfər ölüb, 100 nəfər isə yaralanıb.


Bənzər xəbərlər