media-inshot_20260106_214531111

ABŞ Prezidenti Donald Tramp özünü “kral” adlandırıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu ifadəni Boeing şirkətinə məxsus minlərlə təyyarənin satışında rol oynadığını deyərkən işlədib.

Onun sözlərinə görə, indiyədək Yer üzündə heç bir şəxs Boeing təyyarələrinin satışında onun qədər göstəriciyə nail olmayıb.

“Mən kralam, Yer üzündəki hər hansı bir insandan daha çox Boeing satmışam. Mənə bir mükafat verdilər – ilin satıcısı. Dedim ki, Boeing tarixindəki satıcı necə olacaq? Tarixdəki hər hansı bir insandan daha çox Boeing satmışam. Yəqin ki, mindən çox təyyarə”, – deyə o bildirib.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələri üçün Boeing şirkəti ilə 8,6 milyard dollar dəyərində müqavilə imzalayıb.

Müqaviləyə əsasən, İsrailə 25 ədəd yeni F-15 qırıcı təyyarəsinin tədarükü nəzərdə tutulur. Eyni zamanda, saziş İsrailə gələcəkdə əlavə 25 təyyarə almaq imkanı da yaradır.

Xarici Hərbi Satış (Foreign Military Sales) proqramı çərçivəsində həyata keçirilən bu müqavilənin icrasının 2035-ci ilin sonunadək tamamlanması planlaşdırılır.


Bənzər xəbərlər