Tramp özünü və Netanyahunu "müharibə qəhrəmanı" adlandırdı
ABŞ Prezidenti Donald Tramp özünü və İsrailin Baş naziri Benyamin Netanyahunu “müharibə qəhrəmanı” adlandırıb.
Patrulaz.az “Network” nəşrinə əsasən xəbər verir ki, ABŞ Prezidentinin sözlərinə görə, Netanyahu ilə əməkdaşlığı zamanı bir çox önəmli qərarlar qəbul edilib.
“Netanyahu yaxşı insandır, döyüşür. O, müharibə qəhrəmanıdır, biz birlikdə çalışmışıq. Düşünürəm ki, mən də etmişəm. Axı mən o təyyarələri göndərmişəm”, – deyə ABŞ lideri bildirib.
Bununla yanaşı, məqalə müəllifləri Trampın heç vaxt birbaşa hərbi əməliyyatlarda iştirak etmədiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də yayılan məlumatlara görə, Tramp Qəzza zolağında baş verən humanitar böhranla bağlı telefon danışığı zamanı Netanyahuya qışqırıb. Lakin İsrail hakimiyyəti bu məlumatı təkzib edib.






