media-inshot_20250806_231603605

ABŞ Prezidenti Donald Tramp gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid etdiyini açıqlayıb.

Patrulaz.az “TASS”a əsasən xəbər verir ki, Tramp bundan qısa müddət sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli görüş keçirmək niyyətində olduğunu bildirib.

Tramp bu planlarını çərşənbə günü Avropa liderləri ilə apardığı telefon danışığı zamanı açıqlayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Rusiya-Ukrayna müharibəsini prezident seçiləcəyi təqdirdə bitirəcəyini bildirmişdi.


Bənzər xəbərlər