media-trump-putin-zelenskyy-1-rtr-gmh-250219_1739987497145_hpmain-1

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamasında sülh nizamlanmasının gözlənildiyi sürətlə irəliləməməsindən narazılığını bildirib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hər iki tərəfin də ortaq şəkildə danışıqlar masasına oturmamasından şikayət edib.

“Putin görüşmək istəyəndə Zelenski istəmədi. Zelenski istəyəndə Putin istəmədi. İndi Zelenski istəyir, amma Putinin mövqeyi bilinmir. Bu məni artıq əsəbləşdirir”,- deyə ABŞ lideri bildirib.

Tramp həmçinin, Rusiyaya qarşı sanksiyalar, neft tədarükünə məhdudiyyətlər və rüsumların tətbiqinə dair nəzər yetiriləcəyini açıqlayıb. O bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunarsa, bu tədbirlər bank sektoruna, neft tədarükünə və tariflərə təsir göstərə bilər.

Tramp, həmçinin qeyd edib ki, Ukraynada münaqişə, tərəfləri arasında davam edən “nifrət” sülh prosesinin irəliləməsinə mane olur:

“Sülh nizamlanmasının sürətindən məyusam və tərəflər arasında nifrət çox dərindir. Buna görə də Rusiyaya qarşı sanksiyalar tətbiq edilə bilər”.

O, baş verən son proseslər əsasında Putinlə bağlı açıqlama da verib:

“Getdikcə Putinə qarşı səbrimin son həddindəyəm, artıq ona qarşı səbrim hər keçən gün tükənir”,- deyə Tramp bildirib.


Bənzər xəbərlər