Tramp Qəzza Sülh Komitəsinin üzvlərinin nə vaxt açıqlanacağı barədə tarix verdi
ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Komitəsinin üzvlərinin 2026-cı ilin əvvəlində açıqlanacağını bildirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırarkən deyib.
“Gələn ilin əvvəlində bunu edəcəyik. Sülh Komissiyası indiyə qədər yaradılmış ən böyük komissiyalardan biri olacaq. Hər kəs bu komissiyada olmaq istəyir. Əsasən ən mühüm ölkələrin liderləri bu komissiyada yer alacaq”, – o bildirib.
Sülh Şurası Trampın oktyabrın 9-da açıqladığı və noyabrın 18-də BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən 20 bəndlik sülh planına daxil olan əsas maddələrdən biri kimi önə çıxır.
Plana əsasən, Sülh Komitəsi atəşkəsin təmin edilməsində və Qəzzanın sonrakı yenidənqurma prosesində beynəlxalq fəaliyyətlərin əlaqələndirilməsində əsas rol oynayacaq.






