media-inshot_20250715_220903780

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsində konkret tərəf tutmaqdan imtina edərək, bəşəriyyətin tərəfində olduğunu bildirib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Tramp jurnalistlərin “Hazırda Ukraynanın tərəfindəsinizmi?” sualına mənfi cavab verib. Onun sözlərinə görə, o, hər hansı ölkənin deyil, ümumilikdə insanlığın və sülhün tərəfində dayanır.

Qeyd edək ki, daha əvvəl Tramp Rusiya-Ukrayna münaqişəsinin 50 gün ərzində həll olunmaması halında Moskvaya qarşı 100%-lik gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə bu təhdidləri “dekorativ ultimatum” adlandıraraq, Moskvanın bu açıqlamaları ciddiyə almadığını bildirib.

Bundan əlavə, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa CNN-in Trampın Rusiya liderinə yönəlmiş təhdidlərinin səs yazısını yayımlamasını tənqid edərək, bunu ABŞ prezidentini gözdən salmağa yönəlmiş informasiya kampaniyası adlandırıb. O hesab edir ki, bu kampaniya qarşıdan gələn Senat seçkiləri ərəfəsində aparılır və Trampın mövqeyinə təsir göstərmək məqsədi daşıyır.


Bənzər xəbərlər