media-inshot_20250728_174122160

ABŞ Prezidenti Donald Tramp Ukraynada atəşkəsə nail olmaq üçün ayrılan 50 günlük müddəti qısaltmaq niyyətində olduğunu açıqlayıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, dövlət başçısı bu barədə çıxışı zamanı danışaraq, atəşkəsin artıq 10-12 gün ərzində əldə edilə biləcəyini deyib.

Tramp həmçinin qeyd edib ki, münaqişə tərəfləri ilə razılığa gəlinməzsə, Rusiyaya qarşı “ikinci dərəcəli” sanksiyalar tətbiq olunacaq.

“Rusiyanı sevirəm. Amma əgər sülh üçün anlaşma əldə olunmazsa, Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyik,” – deyə Tramp vurğulayıb.


Bənzər xəbərlər