Tramp üçtərəfli görüş üçün proqnoz verdi – Müharibə sona yaxınlaşır?
ABŞ Prezidenti Donald Tramp Ağ Evin YouTube kanalında jurnalistlərlə söhbətində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli danışıqların keçirilməsi realdır.
Patrulaz.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı müzakirələr uğurlu olarsa, geniş tərkibdə görüş baş tuta bilər və bu, müharibənin sonunu yaxınlaşdırmaq üçün şans yarada bilər:
“Düşünürəm ki, bu gün hər şey yaxşı getsə, üçtərəfli görüşümüz olacaq. Bunu etdikdə müharibəni bitirmək şansımız olacaq.”
Xatırladaq ki, Zelenski Vaşinqtona səfərindən əvvəl Trampa ultimatum verərək, sülh yolu ilə nizamlanma çərçivəsində istənilən şərtlərin hərbi əməliyyatlar dayandırılmadan rədd ediləcəyini açıqlamışdı.






