media-inshot_20250818_105133210

“Əgər Ukrayna rəhbərliyi Krımdan və NATO üzvlüyündən imtina edərsə, Rusiya ilə müharibə “demək olar ki, dərhal” sona çata bilər”.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri “Truth Social” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Tramp yazıb.

Tramp müharibənin bitməsinin və yaxud da əksinə, davam etməsinin Ukraynanın əlində olduğunu bildirib.

“Zelenski istəsə, Rusiya ilə müharibəni bitirə bilər və ya döyüşməyə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın: 12 il əvvəl Krımın Obamaya qayıtması və heç bir atəş açılmadan, Ukraynanın NATO-ya qoşulması. Bəzi şeylər heç vaxt dəyişməz”- deyə ABŞ dövlət başçısı vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski isə cavabında qeyd edib ki, Ukrayna 2014-cü ildə Krımdan imtina etməməli, əksinə 2022-ci ildə olduğu kimi Kiyev, Odessa və Xarkov uğrunda mübarizə aparmalı idi:

“Biz hamımız bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirik. Sülh uzunmüddətli olmalıdır və illər əvvəl Ukraynanın Krımı və Donbasın bir hissəsindən imtina etdiyi kimi deyil. Çünki Putin bunu yeni hücum üçün tramplin kimi istifadə etdi”, – Zelenski bildirib.

Volodimir Zelenski əlavə edib ki, “Rusiya başladığı müharibəyə son qoymalıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər