media-inshot_20260109_074655401

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı tərəf liderlərinin mövqelərinə dair açıqlama verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin həllində razılığa gəlmək istədiklərini bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində ziddiyyətli məqamlar da olub:

“Putinlə tam razılığa gəldiyim vaxtlar olub, lakin Zelenski həmin razılaşmanı imzalamaq istəməyib və bu məni təəccübləndirib. Sonradan isə əksinə olan hallar yaşanıb”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti vurğulayıb ki, hazırda hər iki lider sülhün əldə olunmasında maraqlıdır.

Qeyd edək ki, Donald Tramp ötən ilin dekabr ayında da açıqlama verərək Putin və Zelenskinin münaqişəyə son qoymaq istədiklərini, sülhə dair danışıqlarda irəliləyişin mümkün olduğunu bildirmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər