media-inshot_20250814_102438427

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bir sıra sözlər verib.

Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, danışıq zamanı Tramp liderlərə Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna əraziləri məsələsini müzakirə etmək niyyətində olmadığını vurğulayıb.

Xatırladaq ki, avqustun 15-də Donald Trampla Vladimir Putin arasında Alyaskada görüş baş tutacaq. ABŞ Prezidenti görüş çərçivəsində ərazi dəyişikliklərini müzakirə etməyəcəyini bildirmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər