Tramp Zelenskiyə Rusiyanın ələ keçirdiyi ərazilərinin xəritəsini göstərdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə avqustun 18-də baş tutan görüşü zamanı Ukraynanın itirilmiş ərazilərini göstərən böyük xəritəni nümayiş etdirib.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, xəritədə ölkənin şərq hissəsi çəhrayı rənglə göstərilib və həmin ərazilərin Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu bildirilib.
Xəritənin nümayişi Oval kabinetdə jurnalistlərin görüşü izləməsindən sonra baş tutub.
Görüş zamanı, həmçinin Tramp tərəflər arasında mümkün sülhlə bağlı da danışıb:
“Bizdə sülh olacaq. Ümid edirəm ki, dərhal gələcək. Bax, müharibə bitəcək. Dəqiq nə vaxt – deyə bilmərəm. Amma müharibə bitəcək… Putin bunun bitməsini istəyir”.
Analitiklərin fikrincə, xəritə metod Zelenskini ərazilərlə bağlı iddialarından geri çəkilməyə və sülh sazişi imzalamağa təşviq etmək məqsədi daşıyır.






