Trampdan İsrailin Qəzzaya zərbələrinə reaksiya: “Əgər HƏMAS yaxşı olmazsa, məhv olacaq”
ABŞ Prezidenti Donald Tramp İsrailin atəşkəsdən sonra Qəzzaya endirdiyi hava zərbələrinə münasibət bildirib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp İsrailin hücumlarını HƏMAS-ın İsrail əsgərini öldürməsinə cavab kimi edildiyini açıqlayıb.
Jurnalistlərin “Bu vəziyyət atəşkəsi təhlükə altına alırmı?” sualına isə cavab verən Tramp belə deyib:
“Xeyr, heç bir şey atəşkəsi təhlükəyə atmayacaq. HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir. Yaxşı olsalar, xoşbəxt olacaqlar. Yaxşı olmasalar, məhv olacaqlar”.
Tramp əlavə edib ki, HƏMAS daxilində sülhü pozmağa çalışan ünsürlər ola bilər, lakin onun sözlərinə görə, təşkilatın rəhbərliyində olan şəxslərlə danışıqlar aparılıb:
“Mənim ekspertlərimə əsasən, onlar insanların öldürüldüyünü görəndə bədbəxt olurlar. Amma bəzi insanlar öldürülür və biz bunu görmək istəmirik”.
ABŞ Prezidenti həmçinin Qəzzada sülhün ikinci mərhələsinin başladığını elan etsə də, HƏMAS-ı məhv etməklə hədələyib:
“HƏMAS Yaxın Şərqdəki ümumi sülhün çox kiçik bir hissəsidir. Əgər HƏMAS-ı oradan çıxarmalı olsaq, bunu çox asanlıqla edə bilərik və bu, HƏMAS-ın sonu olacaq”, – deyə Tramp əlavə edib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın atəşkəs razılaşmasını pozduğunu əsas gətirərək Qəzzaya hücum əmri verib.
Gülbəniz Səfərova






