media-inshot_20250814_213018925

ABŞ Prezidenti Donald Tramp sabah Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə baş tutacaq görüşlə bağlı açıqlama verib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Vladimir Putinlə görüşdə sülhə nail olunmasa, prosesi uzatmadan, ölkəsinə geri qayıdacağını bildirib.

Tramp, həmçinin görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə əlaqə saxlayaraq növbəti addımların koordinasiyasını təşkil edəcəyini də açıqlayıb

“Əgər görüş uğursuz olarsa, sadəcə evə qayıdacağam. Amma irəliləyiş olarsa, dərhal növbəti addımların təşkili üçün çalışacağam”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp həmçinin Hindistana tətbiq olunan tariflərin Rusiya neftinin əsas müştərilərini itirməsinə səbəb olduğunu, lakin əsas məqsədinin dərhal sülh sazişi əldə etmək olduğunu qeyd edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər