media-img_7092

ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusunu növbəti dəfə dilə gətirib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, “Truth” sosial media platformasında açıqlama verən Tramp ABŞ Konqresindəki çıxışını xatırladıb və ABŞ-ın Qrenlandiya xalqının öz gələcəyini təyin etmək hüququnu güclü şəkildə dəstəklədiyini deyib.

Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu əvvəllər dəfələrlə bəyan edən Tramp ABŞ Konqresindəki çıxışında da bu məsələni gündəmə gətirib. Qrenlandiya xalqına müraciət edən Tramp, xalqın öz gələcəyini təyin etmək hüququnu qətiyyətlə dəstəklədiyini bildirib. Qrenlandiyanın ABŞ-ın milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcəklərini bildirib.


Bənzər xəbərlər