Trampın Davosa gedən təyyarəsi geri qayıtdı
ABŞ Prezidenti Donald Trampı İsveçrənin Davos şəhərinə aparan “Air Force One” təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra kiçik elektrik nasazlığı aşkarlanıb.
Məlumata görə, uçuş zamanı kabinədə işıqlar qısa müddətlik sönüb.
Ağ Evin mətbuat katibi Karolin Livitt təyyarədə olan jurnalistlərə bildirib ki, təhlükəsizlik məqsədilə təyyarənin geri qaytarılması barədə qərar qəbul edilib. O, vəziyyətin ciddi təhlükə yaratmadığını, lakin ehtiyat tədbiri görüldüyünü bildirib.
Qeyd edək ki, Donald Tramp çərşənbə axşamı Dünya İqtisadi Forumunda iştirak və çıxış etmək üçün Davos şəhərinə səfər etməli idi.
Gülbəniz Səfərova






