Trampın əlindəki göyərmələrin səbəbi MƏLUM OLDU
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Sülh Şurasında çıxışı zamanı əlində yaranan göyərmənin səbəbini açıqlayıb.
Patrul.az xəbər verir ki, Trampın sözlərinə görə, göyərmə “Sülh Şurası Nizamnaməsi”ni imzaladıqdan sonra əmələ gəlib.
O bildirib ki, sənədi imzaladıqdan sonra sol əlini masanın küncünə vurması göyərtilərin yaranmasına səbəb olub.
Tramp ümumilikdə qolunda əmələ gələn göyərmələrin səbəbini yüksək dozada aspirin qəbul etməsi ilə əlaqələndirib.
“Deyərdim ki, əgər ürəyinizi qorumaq istəyirsinizsə, aspirin qəbul edin. Amma kiçik də olsa göyərmə istəmirsinizsə, aspirin qəbul etməyin. Mən yüksək dozada aspirin qəbul edirəm və deyirlər ki, bu zaman göyərmələr yaranır. Həkim mənə dedi ki, ‘Bunu qəbul etməyə məcbur deyilsiniz, cənab, siz çox sağlamsınız’. Mən isə cavab verdim: ‘Heç bir riskə getmirəm’”, – deyə Tramp bildirib.
Tramp daha əvvəlki müsahibəsində də həkimlərin tövsiyə etdiyindən daha yüksək dozada gündəlik aspirin qəbul etdiyini və “aspirinin qanı durulaşdırmaq üçün faydalı olduğunu” qeyd etmişdi.
Qeyd edək ki, Sülh Şurasının imzalanma mərasiminin əvvəlində Trampın əlində ciddi göyərmələr müşahidə olunmurdu. Lakin təxminən 10 dəqiqə sonra masada əyləşərək bir neçə sənəd imzaladıqdan sonra göyərmələr nəzərə çarpmağa başlayıb.






