media-inshot_20260401_184903044

ABŞ Prezidenti Donald Trump İran Prezidentinin atəşkəs tələb etdiyini iddia edib.

Patrul.az xəbər verir ki, o, bu barədə “Truth” sosial platformasındakı paylaşımında bildirib.

Tramp açıqlamasında “İranın yeni rejiminin prezidenti” ifadəsini işlədib. Halbuki İranın hazırda eyni prezidenti fəaliyyət göstərir.

“Sələflərindən daha az ifratçı və daha ağıllı olan İran rejiminin yeni prezidenti Amerika Birləşmiş Ştatlarından atəşkəs istəyib”, – deyə o qeyd edib.

Tramp daha sonra Hörmüz boğazı açılana qədər hücumların davam edəcəyini bildirib:

“Atəşkəs yalnız Hörmüz boğazı açıq, sərbəst və təhlükəsiz olduqda baş verəcək. O vaxta qədər biz İranı unudulmağa, yaxud necə deyərlər, Daş dövrünə qaytarmağa çalışacağıq”.

Xatırladaq ki, ABŞ Prezidenti Hörmüz boğazının açılması ilə bağlı İrana 6 aprel tarixinədək vaxt verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Trampın atəşkəslə bağlı iddialarını “yalan və əsassız” adlandırıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da bu açıqlamalardan sonra Hörmüz boğazı ilə bağlı bəyanat yayıb və onun açılmayacağını, qüvvələrinin nəzarəti altında qaldığını bildirib:

“Bu boğaz Amerika Birləşmiş Ştatları prezidentinin gülünc çıxışları ilə bu millətin düşmənlərinə açılmayacaq”, – deyə bəyanatda qeyd olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər