Trampın İran təhdidindən sonra ABŞ gəmisi Yaxın Şərqdə - FOTOSU
“İranın yanında böyük bir donanmamız var. Venesueladakından daha böyükdür”.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın bu açıqlamasından sonra da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Abraham Linkoln (CVN 72) adlı təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərildiyini elan edib. Hətta Gəminin fotoşəkili də paylaşılıb.
Bununla bağlı komandanlığın yaydığı bəyanatda gəminin Yaxın Şərqdə “regional təhlükəsizlik və sabitliyi dəstəkləmək üçün” yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, Tramp bütün bunlarla yanaşı, İranın onunla danışıqlar aparmaq istədiyini də vurğulayıb.
Yaxın Şərqdəki hərbi gəmilərin mövcudluğu ilə bağlı İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai bildirib ki, ABŞ bununla “güc nümayişi” göstərməyə çalışır və hər hansı hücum ehtimalına sərt cavab veriləcək:
“Bir və ya bir neçə hərbi gəminin gəlişi İranın müdafiə qətiyyətinə təsir etməyəcək. Silahlı qüvvələrimiz hər bir inkişafı anbaan izləyir və imkanlarını artırmaq üçün bir saniyə belə itirmir. Güc nümayişi və təhdid beynəlxalq hüquqa ziddir və bu prinsiplərin pozulması hər kəsə təsir edir”, – deyə Bəqai qeyd edib.

Gülbəniz Səfərova






