media-inshot_20260306_210842277

ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt ultimatumundan sonra dünya enerji bazarlarında ciddi bahalaşma müşahidə olunur.

Patrul.az xəbər verir ki, Trampın İranın qeyd-şərtsiz təslim olmasını tələb etməsi fonunda neftin qiyməti son iki ilin ən yüksək səviyyəsinə çataraq 90 dolları ötüb.

Hazırda “Brent” markalı neftin bir barreli 91,89 dollara, “WTI” markalı neft isə 89,62 dollara qədər yüksəlib. ABŞ xam neftində həftəlik artımın 30 faizi keçdiyi bildirilir.

Regionda gərginlik artmaqda davam edir. İranın ABŞ, İsrail və bəzi Avropa ölkələrinə məxsus gəmilər üçün Hörmüz boğazını bağlaması nəticəsində neft tankerlərinin hərəkəti demək olar ki, dayanıb.

Qətərin enerji naziri Səəd əl-Kaabi xəbərdarlıq edib ki, əgər tankerlərin hərəkəti bərpa olunmasa, neftin bir barrelinin qiyməti 150 dollara qədər yüksələ bilər.

Bununla yanaşı, ABŞ-də də yanacağın qiymətində artım müşahidə olunub. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ölkədə benzinin orta qiyməti artıq 3,25 dollara çatıb.

 


Bənzər xəbərlər