media-inshot_20250819_220434239

ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Volodimir Zelenski ilə görüşdə iştirak etməyi təklif etsə də, Kremldən rədd cavabı alıb.

Patrulaz.az xəbər verir ki, “Politico” nəşri yüksək rütbəli amerikalı məmura istinadən yazıb ki, Putin Trampdan Zelenski ilə təkbətək görüşə icazə istəyib.

“Tramp komandası bunun üzərində işləməyə başlayıb. Stiv Vitkoffa bu məsələni araşdırmaq tapşırılıb”, – mənbə bildirib.

Mövzuya münasibət bildirən Tramp isə “Fox & Friends”ə açıqlamasında belə deyib:

“Onların görüşməsinə icazə verəcəyimi düşündüm. Onlar ən yaxşı dost deyildilər. Mən Putinin yaxşı, Zelenskinin isə çevik olacağına ümid edirəm”.

Qeyd edək ki, avqustun 18-də Ağ Evdə Tramp və Zelenski arasında baş tutan görüşdə Böyük Britaniya, İtaliya, Almaniya, Fransa və digər Avropa liderləri də iştirak ediblər. Tramp sammiti “çox yaxşı” adlandıraraq, Avropa ölkələrinin ABŞ-lə razılaşdırılmış şəkildə Ukraynaya təhlükəsizlik zəmanəti verdiyini açıqlayıb.


Bənzər xəbərlər