media-inshot_20260115_164628288

İranda iğtişaşlarda iştirakına görə ölüm hökmü verilən ilk iranlı etirazçı edam cəzasına məhkum edilməyib.

Patrul.az xəbər verir ki, İran məhkəmə sistemi 26 yaşlı Ərfan Soltaninin edam cəzasına məhkum olunmadığını açıqlayıb.

Məlumata görə, geyim mağazasında çalışan 26 yaşlı Ərfan Soltani İranda keçirilən etiraz aksiyalarında iştirakına görə ölüm hökmü alan ilk etirazçı kimi tanınırdı.

Soltani ötən cümə axşamı Tehranın şimal-qərbində saxlanılmış və çərşənbə günü edam olunmalı idi. Daha əvvəl ailəsi onun edamının təxirə salındığını bildirmişdi.

Soltaninin edam olunmamasını müsbət qarşılayan ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək İrandan “yaxşı xəbər” aldığını açıqlayıb.

Tramp paylaşımında əvvəlcə bununla bağlı “Fox News” telekanalının yaydığı xəbəri verib:

“Fox News: Prezident Trampın xəbərdarlıqlarından sonra iranlı etirazçı artıq edam cəzasına məhkum edilməyəcək. Digərləri də eyni şəkildə”.

Daha sonra ABŞ Prezidenti “Bu, yaxşı xəbərdir. Ümid edirəm ki, bu proses davam edəcək!”, – deyə paylaşımına əlavə edib.

Tramp həmçinin bildirib ki, ona İranın etirazçıların öldürülməsinin dayandırıldığına və planlaşdırılan edamların həyata keçirilməyəcəyinə dair zəmanət veriblər .

Qeyd edək ki, iki gün öncə beynəlxalq təşkilatlar İranda etiraz aksiyaları zamanı saxlanılan 26 yaşlı Ərfan Soltaninin edam cəzasına məhkum edildiyini açıqlamış və ölüm hökmünün icrasının sürətləndirildiyi ilə bağlı çağırışlar etmişdilər.

Trampın paylaşımını təqdim edirik:

media-img_20260115_161604_153

media-5000

 

 

 


Bənzər xəbərlər