media-inshot_20250808_134937317

Rusiyanın Kamçatka yarımadasında ekskursiya uçuşu zamanı ürəktutmasından halı pisləşən pilot çətin vəziyyətlə üzləşib.

Patrulaz.az “SHOT” teleqram kanalına əsasən xəbər verir ki, hadisə helikopterin Kronotski qoruğundakı Kraşennikov vulkanına yaxınlığı baş verib.

Belə ki, vəziyyətinin pisləşdiyini görən pilot son anda helikopteri təhlükəsiz şəkildə yerə endirirək, kömək gözləməyə başlayıb. Lakin təcili tibbi yardım təyyarəsi hadisə yerinə çatana qədər o dünyasını dəyişib.

59 yaşlı iş adamı və fərdi sahibkar olan mərhum pilot İqor Kandırın yaxınlarının sözlərinə görə, o, mütəmadi olaraq həkim müayinələrindən keçib və sağlamlığından heç şikayət etməyib.

Qeyd edək ki, İqor Kandırın ölüm anında dörd nəfər turistlə birlikdə uçduğu bildirilir. Pilotun peşəkarlığı sayəsində onlar xəsarət almadan təxliyə olunublar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər