Türk müğənni estetik iddialarını cavabsız qoymadı
Sosial mediada yayılan bir fotodan sonra “Estetik əməliyyat etdirib” iddiaları ilə gündəmə gələn müğənni Göksel bu iddialara video ilə cavab verib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, türk pop musiqisinin güclü adlarından olan Göksel son günlərdə paylaşdığı bir fotoyla müzakirələrə səbəb olub.
53 yaşlı sənətçinin izləyiciləri onun estetik əməliyyat etdirdiyini iddia ediblər.
Göksel isə bu iddialara Adanada konsert üçün qaldığı otel otağından paylaşdığı video ilə cavab verib:
“Dostlar, bu mənəm. O fotodakı adamı isə tanımıram”.
Ləman Sərraf