media-inshot_20251230_120143022

ABŞ Prezidenti Donald Tramp Türkiyə və İsrail arasında mümkün münaqişə ilə bağlı suallara münasibət bildirib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Floridada İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə və İsrail arasında müharibə ehtimalı ilə bağlı fikir bildirib.

O, həm özünün, həm də Netanyahunun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana hörmət etdiyini vurğulayıb:

“Mən Prezident Ərdoğanı çox yaxşı tanıyıram, o, mənim çox yaxşı dostumdur. Mən ona hörmət edirəm. İsrail Baş naziri Netanyahu da ona hörmət edir. Onların arasında heç bir problem olmayacaq. Biz heç bir problem yaşamayacağıq”.

ABŞ prezidenti Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışı ilə bağlı da danışıb:

“Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk. Söz verirəm ki, onlar bu təyyarələrdən heç vaxt İsrailə qarşı istifadə etməyəcəklər”, – deyə o əlavə edib.


Bənzər xəbərlər