Türkiyə və Suriya hərbi əməkdaşlıq sazişi imzalamağa hazırlaşır
Türkiyə ilə Suriya arasında genişmiqyaslı hərbi əməkdaşlıq sazişi imzalanmaq üzrədir.
Patrulaz.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Hürriyet” nəşri məlumat yayıb.
Məlumata görə, Ankara və Dəməşq arasında hazırlanmaqda olan razılaşma bölgədə artan gərginlik fonunda baş tutur. Sazişin imzalanması, xüsusilə İsrailin Suriyada sabitliyi pozmağa və daxili qarşıdurmaları alovlandırmağa yönəlmiş addımlarından sonra gündəmə gəlib.
Qeyd edək ki, son aylarda İsrailin bölgədəki hərbi fəaliyyətləri və hava hücumları, xüsusilə Suriya ərazisindəki mövqelərə qarşı yönəlməsi, regionda təhlükəsizlik məsələlərini daha da aktuallaşdırıb.






