Türkiyə XİN-indən ŞOK AÇIQLAMA: Rusiya Ukraynaya qarşı ərazi tələblərindən geri çəkilir?
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvanın Ukraynaya qarşı əvvəlki ərazi tələblərindən geri çəkildiyini açıqlayıb.
Patrulaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir açıqlamasında bildirib ki, Rusiya əvvəlcə Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinə tam nəzarət etməkdə israr edirdi.
Lakin indi ilkin razılaşmaya əsasən, Kreml yalnız cəbhə xətti boyunca mövqelərini qorumağa və Donetskin bir hissəsini saxlamağa razıdır.
Hakan Fidan əlavə edib ki, söhbət Ukraynanın nəzarətində olan Donetsk vilayətinin 25-30%-nin Rusiyaya verilməsindən, həmçinin Moskvanın Zaporojya və Xersondakı mövqelərini saxlamaq istəyindən gedir.






