media-inshot_20250908_113138088

Türkiyədə 16 yaşlı yemiyetmə polis idarəsinə silahlı basqın edib.

Patrulaz.az “NTV Haber”ə istinadən xəbər verir ki, hadisə İzmirin Balçova rayonunda Salih İşgören Polis bölməsində baş verib.

Hücüm nəticəsində 2 polis əməkdaşı həlak olub, 1 polis əməkdaşı isə yaralanıb. Onun vəziyyətinin isə ağır olduğu bildirilib.

Məlumata görə, hücum pompalı ov tüfəngi ilə 16 yaşlı şəxs tərəfindən həyata keçirilib.

Hadisə nəticəsində yeniyetmə saxlanılıb və ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, cinayətin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.


Bənzər xəbərlər