Türkiyədə özünü 4-cü mərtəbədən atan qadın möcüzəvi şəkildə sağ qaldı - VİDEO - VİDEO
Türkiyənin Kocaeli vilayətində baş verən bədbəxt hadisə möcüzəvi sonluqla nəticələnib. İntihar etmək məqsədi ilə 4-cü mərtəbədən özünü atan bir qadın, qeyri-adi təsadüflər nəticəsində sağ qalıb.
Patrulaz.az xəbər verir ki, hadisə yerli vaxtla günorta saatlarında baş verib. İlkin məlumata görə, qadın yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yıxılma zamanı əvvəlcə aşağı mərtəbədəki mənzillərdən birinin eyvanına dəyən qadın daha sonra binanın ön hissəsində yerləşən reklam lövhəsinin üstünə düşüb.
Məhz bu iki maneə onun yerə sərt düşməsinin qarşısını alıb və nəticədə qadın ağır xəsarətlərlə belə olsa, sağ qalmağı bacarıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadsı cəlb olunub və qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır. Yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.






