Türkiyədə 40 milyon lirəlik lüks yaxta 15 dəqiqədə suda batdı - VİDEO
Türkiyənin Zonquldağ şəhərində 40 milyon lirə dəyərində lüks yaxta suya salındıqdan cəmi 15 dəqiqə sonra batıb.
Patrulaz.az “Haber Global”a istinadən xəbər verir ki, İstanbuldan sahibinə təhvil verilən yaxta gəmiqayırma zavodunda inşa olunub. Təxminən 5 ay davam edən işlərdən sonra yaxta sahibinə verilib və suya salınıb. Lakin, 15 dəqiqə keçdikdən sonra 200 metr dərinlikdə batıb.
Hadisə nəticəsində yaxtanın sahibi, kapitan və iki ekipaj üzvü sahilə üzərək xilas olublar.
İlkin məlumatlara görə, hadisəyə mühəndis səhvi səbəb olub.






