media-inshot_20250811_084706601

Türkiyənin Balıkəsir ərazisində 6,1 bal gücündə zəlzələ baş verib.

Patrulaz.az “Sondakika.com”a istinadla xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər isə yaralanıb.

Məlumata görə, təkanlar İstanbul, İzmir, Manisa, Bursa, Aydın, Muğla, Yalova, Əskişəhər və Ankara şəhərlərində də hiss olunub. Güclü silkələnmə nəticəsində bir çox evə ziyan dəyib, sakinlər qorxu içində gecəni küçələrdə keçirməyə məcbur olublar.

Zəlzələ nəticəsində ərazi sakinlərinin bəziləri maşınlarında, digərləri isə yorğan-yastıq gətirərək skamyalarda və stullarda yatıblar.

Məşhur türkiyəli aktrisa Eylül Tumbar əmisinin Balıkəsirin Sındırgı rayonunda baş verən zəlzələdə həlak olduğunu açıqlayıb. “Düşen ağlamaz” seriallarındakı rolları ilə tanınan aktrisa, sosial media hesabında qohumları Həmidə Önbaş və Nihat Önbaşın dağıntılar altında qaldığını bildirib. O, axtarış-xilasetmə işləri davam edərkən paylaşım edərək, “İnşallah ən az ziyanla keçərlər” sözlərini yazıb.

Qeyd edək ki, bölgədə zəlzələlər davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər