Türkiyədə bəy toyunda huşunu itirdi - VİDEO
Türkiyədə bəy öz toyunda huşunu itirib.
Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, hadisə Şırnakda keçirilən toy mərasimlərindən birində baş verib.
Belə ki, mərasimdə tortun kəsilməsi zamanı anidən yıxılan bəyi gəlin və qonaqlar tutub.
Hadisədən sonra məlum olub ki, bəyin belə olmasına səbəb yuxusuzluğu olub.
Belə ki, o toy hazırlıqlarının gərginliyi səbəbindən iki gün yatmayıb.
Hadisə anı anbaan ətrafdakılar tərəfindən qeydə alınıb.






