Türkiyədə borclunun evində əşya olmayınca göyərçinləri müsadirə edildi
Türkiyənin Yozqat şəhərində borc icraatı çərçivəsində baş verən qeyri-adi hadisə yerli mediada geniş müzakirələrə səbəb olub.
Patrul.az Türkiyə mediasına istinadən xəbır verir ki, icra məmurları borclunun evinə daxil olduqda mənzildə həbs qoyula biləcək hər hansı əmlak tapmayıblar. Bu səbəbdən evdə olan göyərçinlər rəsmi qaydada siyahıya alınıb və onlara həbs tətbiq edilib.
Məlumata əsasən, borclunun yaşayış yerində dəyər ifadə edən məişət avadanlığı və digər əşyalar olmadığından icra məmurları qanunvericiliyə uyğun şəkildə mövcud olan yeganə əmlakı qeydiyyata götürüblər. Daha sonra göyərçinlər satışa çıxarılıb.
Hadisə ictimaiyyət arasında ciddi mübahisələrə yol açıb. Bir çox sosial media istifadəçiləri və hüquq müdafiəçiləri qərarın etik tərəflərini və borclunun sosial vəziyyətinin nəzərə alınıb-alınmadığını müzkirə ediblər. Onların fikrincə, icra prosesinin məqsədi borcun ödənilməsini təmin etməkdir, lakin bu cür hallarda həm sosial, həm də humanist aspektlərin qiymətləndirilməsi vacibdir.







