Türkiyədə onlarla adam yanğınlardan şüphəli bilinərək saxlanıldı
Türkiyədə iyunun 1-dən bu yana davam edən meşə yanğınları ilə əlaqədar onlarla şəxs barəsində istintaq işləri aparılır.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir bildirib ki, yanğınlarla bağlı istintaq çərçivəsində 38 nəfər şübhəli şəxs qismində həbs edilib, ümumilikdə isə 127 nəfər hazırda bu məsələ ilə bağlı həbsdə saxlanılır.
“Bu şəxslər arasında həm məhkum olunmuş, həm də istintaq zamanı hadisə ilə əlaqəsi olmadığı müəyyən edilərək azadlığa buraxılmış şəxslər var,” – deyə Yılmaz Tunç vurğulayıb.
Qeyd edək ki, Türkiyədə son həftələrdə baş verən meşə yanğınları ciddi təhlükə yaradıb. Sonuncu yanğınlar bazar günü ölkənin dördüncü böyük şəhəri olan Bursaya yaxınlaşaraq 3 500-dən çox insanın evakuasiyasına səbəb olub.
Gülbəniz Səfərova






