media-inshot_20260415_160836301

Türkiyədə daha bir məktəbdə silahlı hücum hadisəsi baş verib.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, azı 20 nəfər yaralanıb. Ölənlərdən birinin müəllim, üçünün isə şagird olduğu bildirilir.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Məktəbin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Silahlı insident xəbərini eşidən valideynlər isə məktəbə axışaraq təşviş yaşayıblar.

Məlumata əsasən, hücumu törədən şəxs həmin məktəbin 8-ci sinif şagirdidir (təxminən 16 yaş). Onun hadisə zamanı tapançadan istifadə etdiyi, silahın isə keçmiş polis əməkdaşı olan atasına məxsus olduğu ehtimal edilir.

Xatırladaq ki, dünən də Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən liseydə baş verən atışma zamanı 16 nəfər yaralanmışdı. 19 yaşlı keçmiş şagird Ömer Ket ov tüfəngi ilə insanlara atəş açdıqdan sonra intihar etmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər