Türkiyədə daha üç məşhur narkotik səbəbiylə həbs edildi
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində daha üç məşhur sima həbs edilib.
Patrul.az xəbər verir ki, istintaq zamanı 7 şübhəli – müğənni, aktrisa Selen Görgüzel, Ayşe Sağlam, Ceren Alperi, aktyor Can Yaman, Nilüfer Batur Tokgöz, iş adamı Burak Fahri Yön və Ayşe Tarım saxlanılıb.
Onlar “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr saxlamaq”, “narkotik maddələrin istifadəsinə kömək etmək” və “kimisə fahişəliyə təhrik etmək, ona kömək etmək, vasitəçi kimi fəaliyyət göstərmək və ya fahişəlik üçün yer təmin etmək” ittihamları ilə üzləşiblər.
Prosedurlardan sonra aktyor Can Yaman sərbəst buraxılıb.
Digər şübhəlilərdən Ayşe Tarım, Ayşe Sağlam və Ceren Alper ədliyyəyə təqdim olunub və məhkəmə tərəfindən həbs qərarı çıxarılıb, Selen Görgüzel, Nilüfer Batur Tokgöz və Burak Fahri Yön isə məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıblar.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosu tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində altı müəssisədə axtarışlar aparılıb. Nəticədə maye və istifadə olunmamış maddələr, kokain, marixuana, həblər, həssas tərəzi və sursatlar daxil olmaqla çoxlu miqdarda narkotik maddə aşkar edilib.






