media-inshot_20251226_233256213

Türkiyədə futbol mərcləri ilə bağlı aparılan istintaq davam etdirilir.

Patrul.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq çərçivəsində 29 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilən şəxslərdən 14-nün peşəkar futbolçu olduğu bildirilir.

Saxlanılanlar arasında Türkiyənin “Qalatasaray” klubunun sabiq icraçı direktoru Erden Timur da yer alır. O, əvvəllər “Qalatasaray Sportif AŞ” şirkətində vitse-prezident vəzifəsində çalışıb.

Məlumata görə, nəzarətə alınanlar arasında həmçinin “Eyüpspor” klubunun vitse-prezidenti Fatih Kulaksız və Türkiyə Futbol Federasiyasının (TFF) Xarici Əlaqələr və Milli Komandalar üzrə İnzibati direktoru Buğra Cem İmamoğlu da var.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər