Türkiyədə güclü yağış evləri və yolları dağıtdı
Türkiyənin paytaxtı Ankarada baş verən güclü yağış nəticəsində şəhərdə sel və daşqınlar yaranıb.
Patrulaz.az Yerli KİV-ə istinadən xəbər verir ki, çox sayda ev və iş yeri sular altında qalıb.
Güclü axın bir sıra avtomobilləri aparıb, bəzi ağaclar kökündən çıxıb, tikililərdə dağıntılar baş verib. Hazırda əraziyə fövqəladə xidmətlər cəlb olunub.
Qeyd edək ki, tələfat və zərərin həcmi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Gülbəniz Səfərova






