Türkiyədə işləyən azərbaycanlı fəhlələrdən biri öldü, digəri ağır yaralandı - FOTOLAR
Türkiyədə azərbaycanlı fəhlə faciəvi şəkildə vəfat edib.
Patrulaz.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Türkiyənin Iğdır vilayətində tikinti işləri zamanı baş verib.
Belə ki, Topçular məhəlləsində tikintidə çalışan azərbaycanlı fəhlələr Babək Nəcəfov və Sənani Fətullayev liftin şaxtasına düşüblər. Hadisə yerinə dərhal AFAD və digər xilasetmə qüvvələri cəlb olunub.
İşçilər xilas edilərək təcili yardımla İğdır Dövlət Xəstəxanasına aparılıb. Lakin ağır xəsarətlər alan B. Nəcəfov bütün tibbi müdaxilələrə baxmayaraq, yolda ürək tutmasından dünyasını dəyişib. Digər yaralı işçi S. Fətullayev isə hazırda xəstəxanada müalicəsini davam etdirir.
İğdır Respublika Prokurorluğu hadisə ilə bağlı tikintiyə məsul şəxsi saxlayıb və araşdırmalara başlayıb.
Səlahiyyətlilər istintaqın hərtərəfli aparıldığını bildiriblər.
Gülbəniz Səfərova







