Türkiyədə melodik yol: Maşın hərəkət etdikcə marş ifa olunur - VİDEO
Türkiyədə ilk dəfə olaraq melodik yol tətbiqi həyata keçirilib.
Patrulaz.az xəbər verir ki, layihə Ankaranın Nallıhan rayonunda, Karayolları Baş Müdirliyi tərəfindən Nallıhan-Beypazarı Dövlət Yolunun 21-ci kilometrliyində, Eymir kəndi yaxınlığında həyata keçirilib.
Melodik yol avtomobilin sabit sürətlə hərəkəti zamanı yol səthində xüsusi aralıqlarla yerləşdirilmiş işarə və deşiklərin yaratdığı vibrasiya ilə səs nəticəsində musiqi melodiyasının səslənməsinə əsaslanır.
Kadrlarda avtomobil melodik yolun üzərindən hərəkət etdikcə, Mozartın “Türk Marşı” musiqisi eşidilir.
Həmin maraqlı görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova