media-uyusturucu1-992438

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı aparılıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində məşhur simalardan 10 şübhəli haqqında saxlanılma qərarı verilib.

İstintaq çərçivəsində müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak da nəzarətə alınıb.

Məlumata görə, aktrisa Melisa Döngel və müğənni Yusuf Güney isə axtarışdadır. Xaricdə olduqları müəyyən edilən daha iki nəfər – Şeyma Subaşı və Mert Vidinli haqqında da saxlanılma qərarı verilib.

Onların saxlanılmasına səbəb İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmadır. Araşdırma bəzi məşhur şəxslərin narkotik və stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr üzərində qurulub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər