media-inshot_20260113_184308842

Türkiyədə aparılan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində tanınmış aktyor Oktay Kaynarca saxlanılıb.

Patrul.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialı ilə daha da məşhurlaşan Oktay Kaynarca ilə yanaşı, aktyorlar Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da nəzarət altına alınıb.

Məlumata görə, saxlanılan şəxslər ilkin olaraq sağlamlıq yoxlanışından keçmək üçün xəstəxanaya aparılıb. Daha sonra Oktay Kaynarca və Emel Müftüoğlu daxil olmaqla ümumilikdə altı nəfər Məhkəmə Tibbi Ekspertiza İnstitutundakı prosedurlardan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə təhvil verilib.

Oktay Kaynarca polis nəzarətinə alındıqdan sonra verdiyi ilkin açıqlamada özünü təqsirsiz hesab etdiyini bildirib:

“Vicdanım təmizdir, başım dikdir. Narkotiklərlə mübarizəni dəstəkləyirəm”.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən məşhur şəxsləri əhatə edən narkotiklə bağlı istintaq davam etdirilir.

Xatırladaq ki, Oktay Kaynarca eyni zamanda Türkiyədə yayımlanan “Kim milyoner olmaq ister” verilişinin aparıcısıdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər