media-izmir-deki-karakol-saldirisinda-gozalti-sayisi-19026505_9079_m

Türkiyənin İzmir şəhərində iki polis əməkdaşının ölümü ilə nəticələnən silahlı hücumla bağlı saxlanılanların sayı 6 nəfərə yüksəlib.

Patrulaz.az “Sondakika.com”a istinadən xəbər verir ki, polisə pompalı tüfənglə hücum edən 16 yaşlı oğlanla yanaşı, iki nəfər Ankarada, bir nəfər isə Şanlıurfada saxlanılıb. Son məlumata görə, hücumçu ilə əlaqədə olduğu iddia edilən İran əsilli Xaleq Nooriborojerdi də İstanbulun Esenyurt rayonunda keçirilən əməliyyat zamanı ələ keçirilib.

Xatırladaq ki, hadisə İzmirin Balçova rayonu, Çetin Emeç məhəlləsində yerləşən Saleh İşgören Polis bölməsində baş verib. Səhər saatlarında bölməyə yaxınlaşan 16 yaşlı E.B. ov tüfəngi ilə atəş açaraq polis əməkdaşı Həsən Akını şəhid edib. Daha sonra polis əməkdaşlarının müdaxiləsi zamanı silahlı qarşıdurma yaranıb və nəticədə birinci dərəcəli polis rəisi, polis müfəttişi Muhsin Aydemir də şəhid olub.

Hücum zamanı polis əməkdaşları Ömər Amilağ və Murat Dağlı, həmçinin bir mülki şəxs yaralanıb. Yaralılardan Amilağın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra bölgədə əməliyyat keçirilib. Nəticədə, yaralı halda yaxalanan E.B. xəstəxanaya aparılıb. Onun 16 yaşlı məktəbli olduğu, hücum zamanı atasına məxsus, 10 il əvvəl alınmış ov tüfəngindən istifadə etdiyi müəyyən edilib.

media-izmir-deki-karakol-saldirisinda-gozalti-sayisi-19026505_4356_m media-izmir-deki-karakol-saldirisinda-gozalti-sayisi-19026505_3016_m media-izmir-deki-karakol-saldirisinda-gozalti-sayisi-19026505_4805_m media-izmir-deki-karakol-saldirisinda-gozalti-sayisi-19026505_9079_m media-izmir-deki-karakol-saldirisinda-gozalti-sayisi-19026505_945_m


Bənzər xəbərlər